Bu barədə İraqın Həşdi Şabi qüvvələrindən məlumat verilib.
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ Ordusuna məxsus qırıcı bu gün gecə saatlarında Suriya və İraq sərhədindəki 2 avtomobilə zərbə endirib.
Bu barədə İraqın Həşdi Şabi qüvvələrindən məlumat verilib.
Hadisə əl-Qaim yaşayış məntəqəsi yaxınlığında baş verib.
Bildirilib ki, zərbənin ABŞ Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən endirildiyi ehtimal edilir.
Hücum nəticəsində xəsarət alanlar və avtomobilin içərisində kimlərin olduğu ilə bağlı hələ ki, məlumat yoxdur.