ABŞ-a işləyən irqalıların qaçqın qismində Birləşmiş Ştatlar tərəfindən qəbulu 3 ay müddətinə dayandırılıb.
Rasthaber Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, buna səbəb sözügedən proqram ətrafında fırıldaqçılığın aşkarlanmasıdır.
Daha öncə ABŞ Ədliyyə nazirliyi 3 nəfəri bu proqramın tətbiqi zamanı fırıldaqçılığa yol vermədə ittiham edib.
Dövlət Departamentindən bildiriblər ki, “proqramın dayandırılması proqramın zəif tərəflərinin üzə çıxarılması və aradan qaldırılması” ilə əlaqəlidir.
Qeyd edək ki, sözügedən proqram İraqın ABŞ tərəfindən işğalı zamanı amerikalılarla əməkdaşlıq edən irqalıların Birləşmiş Ştatlara köçməsinə imkan yaradır. Belə ki, İraqda qalacaqları təqdirdə onların həyatına təhlükə yarana biləcəyi ehtimal edilir.