ABŞ İranda “son etiraz və iğtişaşlarla bağlı” iki nazirə sanksiya tətbiq edib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinədarlıq Departamenti məlumat yayıb.
Bildirilib ki, Xəzinədarlıq Departamenti İran İslam Respublikasının daxili işlər, rabitə və kommunikasiya nazirlərini sanksiya siyahısına daxil edib.
ABŞ Maliyyə Nazirliyinin bəyanatına əsasən, İranın iki naziri də daxil olmaqla, bu ölkə ilə bağlı 6 nəfərin adı sanksiya siyahısına salınıb.
ABŞ-ın yeni sanksiyalarına məruz qalan şəxslərin adları Xəzindarlıq Departamentinin məlumatında açıqlanıb. Onlar Yədullah Cavani, Vəhid Məcid, Hüseyn Nejat, Həsən Rəhimi, Hüseyn Sacidniya və İsa Zarepur kimi İranda təhlükəsizlik qüvvələrinə rəhbərlik edən zabit və rəsmilərdir.
Amerika Birləşmiş Ştatlarının Xəzinədarlıq Departamenti keçən həftə cümə axşamı günü elan edib ki, İranla bağlı 10 şirkət və bir neft tankerinə qarşı sanksiyalar tətbiq edib.