ABŞ İranı Əl-Qaidə ilə əlaqələndirmək istəyir

ABŞ İranı Əl-Qaidə ilə əlaqələndirmək istəyir

Birləşmiş Ştatlar İranın ünvanına “Əl-Qaidə” terrorçuları ilə əməkdaşlıq ittihamları ilə çıxış etməyə hazırlaşır.

Rasthaber Azərbaycan xəbər verir ki, belə bir iddia ilə “Reuters” agentliyi çıxış edib.

Agentliyin məlumatına görə, ittihamları rəsmi şəkildə ABŞ-ın dövlət katibi Mayk Pompeo səsləndirəcək. Qeyd olunur ki, Dövlət Departamentinin rəhbəri ABŞ kəşfiyyatının guya yaxınlarda aşkarladığı sənədlərə istinad edəcək.

Eyni zamanda Pompeonun İranı terrorçuları dəstəkləməkdə və onlara sığınacaq verməkdə günahlandıracağı da ehtimal olunur.

Xəbəri paylaş

VİDEOLAR