ABŞ administrasiyası Vaşinqtonun sanksiyalarına məruz qalan İrandan enerji idxalına dair istisnanı İraqa da uzadıb.
Az.rasthaber.com xəbər verir ki, Ərəb dilli “Alhurra” internet saytında yer alan məlumata görə, ABŞ administrasiyası Vaşinqtonun sanksiyalarına məruz qalan İrandan enerji idxalına dair istisnanı İraq üçün də uzadıb.
Mövzu ilə bağlı şərh edən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib:
"Yeni istisna paketinin yeganə fərqli cəhəti, İraq banklarından enerji pullarının xaricə seçilmiş nazirlərə köçürülməsinə icazə verməsidir".
ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken İraqın İrana elektrik enerjisi borcunu ödəməyə imkan verən “istisna” sənədi imzalayıb.
Vaşinqton hökuməti İrana birbaşa qonşusu və enerji sahəsində xaricdən asılılığına görə İraqa qismən güzəştlər vermişdi.