19.11.2021 10:39:43
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, altı İran vətəndaşı və bir şirkətin adı “qara siyahı”ya salınıb.
ABŞ iddia edir ki, onlar 2020-ci ildə ABŞ-da keçirilən prezidenti seçkilərinin nəticələrinə təsir etməyə cəhd ediblər.