Polis Tehranda nümayişçilərə atəş açmayıb.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, nunu Tehranın polis rəisi Hüseyn Rahimi İran telekanallarından birinin efirində deyib.
"Etiraz aksiyaları zamanı paytaxt polisi bir dəfə də olsun atəş açmayıb, çünki polis əməkdaşlarına təmkinli olmaq tapşırığı verilmişdi", ‒ Rahimi bildirib.
Tehran polisi bu bəyanatı ilə sosial şəbəkələrdə yayılan məlumatlara, eləcə də ABŞ Prezidenti Donald Trampın iddialarına cavab verib. Xatırladaq ki, Tramp bir müddət öncə "Twitter" paylaşımında İran hökumətini "gözəl İran xalqını öldürməyi dayandırmağa" çağırıb.
Şənbə günü Tramp iranlı etirazçılara dəstək əlaməti olaraq "Twitter"də onlara fars dilində müraciət paylaşıb. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi isə Trampa cavabında bildirib ki, "murdar dillər" fars dilini "rüsvay etmək" hüququna malik deyillər.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin direktoru, tarix elmləri doktoru Aleksey Podberezkin Sputnik radiosunun efirində bildirib ki, ABŞ hazırda İran cəmiyyətini parçalamaq üçün bütün vasitələrdən istifadə edir.
"Hesab edirəm ki, amerikalılar tərəfindən İranda yalnız sosial şəbəkələr istifadə edilmir. Fikrimcə, hazırda onlar bu "beşinci kolon" və ya başqa adı ilə "xəyali düşmən" mexanizmindən istifadə edirlər ki, həm sosial şəbəkələr, həm də gizli qruplar vasitəsilə İranda qeyri-sabitlik vəziyyətini yaratsınlar. Əslində, Amerika Birləşmiş Ştatları düşmən elan etdiyi istənilən ölkədə belə bir vəzifə yaradır. Məsələ bunun nə qədər uğurlu olacağındadır. Mənə elə gəlir ki, İranda bunu etmək çətin olacaq ‒ İran cəmiyyəti kifayət qədər monolitdir, orada milli dəyərlər sistemi çox güclüdür. Buna görə də amerikalılar üçün çətin olacaq, düşünürəm ki, onlarda heç nə alınmayacaq", ‒ Podberezkin bildirib.