ABŞ iqtisadiyyatı ciddi təhlükə ilə üzləşdi

ABŞ iqtisadiyyatı ciddi təhlükə ilə üzləşdi

ABŞ-da işsizlik müavinətlərinin ləğvi ölkə iqtisadiyyatının dağılmasına səbəb ola bilər.

Rasthaber Azərbaycan shafaqna-ya istinadən xəbər verir ki, ABŞ-da işsizlik müavinətlərinin ləğvi ölkə iqtisadiyyatının dağılmasına səbəb ola bilər.

ABŞ-da pandemiya dövründə işini itirən şəxslərə həftəlik ödəmələr edilir. Lakin 31 iyuldan bu proqram dayandırılmalıdır, çünki hökumət hesab edir ki, bu pullar ABŞ sakinlərini işə geri qayıtmasına həvəsləndirmir.

“Əgər siz, məsələn, ildə 50 min dollar qazanırsınızsa, işsizlik sığortasına sahib olmaq işə qayıtmaqdan daha sərfəlidir”,deyə may ayında senator Rob Portman bildirmişdi.

Lakin mütəxəssislər müavinətlərin ləğvini yanlış addım adlandırırlar, çünki belə bir qərarın mənfi nəticələri ola bilər və tələbat üçün dağıdıcı təsir göstərə bilər. İnsanlar kirayə pullarını ödəyə və ərzaq ala bilməyəcəklər ki, bu da, ölkə iqtisadiyyatını ciddi təhlükəli altına alır.

Müavinətlərlə bağlı debatlar davam edir. Məsələn, bəzi senatorlar işə qayıtmağa görə həftəlik 450 dollar məbləğində mükafatın verilməsini təklif edirlər.

Xəbəri paylaş

VİDEOLAR