Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya prezidenti Vladimir Putinin Tehrana səfərinə və Tehran və Moskva arasında əlaqələrin daha da möhkəmlənməsinə reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, Kirbi dünən jurnalistlərə verdiyi açıqlamada bildirib:
"Putinin bu səfəri göstərir ki, o, Ukraynaya hücuma görə çox təcrid olunub".
Amerika rəsmisi iddia edib ki, Putinin İrana səfəri Moskvanın Ukraynadakı müdafiə bazasında və Rusiya qüvvələrinin təchizatında problemlərlə üzləşdiyini göstərib.
Kirbi, "İranın Rusiyaya pilotsuz təyyarələr göndərdiyi" iddiasını da təkrarlasa da, "Amerikanın İranın Rusiyaya pilotsuz təyyarə satdığına dair heç bir dəlili yoxdur", - deyə bildirib.