ABŞ-ın Suriyanın şimal-şərqindəki hərbi bazası raket atəşinə tutulub.
Rasthaber Azərbaycan xəbər verir ki, 30 sentyabr Suriya mediası günortadan sonra Əl-Hasəkə vilayətinin cənubunda yerləşən Əl-Şəddadi şəhərində bir ABŞ hərbi bazasının hədəfə alındığını bildiriblər.
Qeyd olunur ki, naməlum qrup Əl-Cabsa neft yatağındakı ABŞ-ın bazasını hədəfə alıb.
Mənbələr ABŞ bazasına hücumu bölgədə yerləşən ərəb tayfalarının törətmiş ola biləcəyini irəli sürürlər.
Bu son ay ərzində ABŞ bazasına edilən ikinci hücumdur.