ABŞ-ın Suriyadakı hərbi bazasına raket zərbəsi endirilib

ABŞ-ın Suriyadakı hərbi bazasına raket zərbəsi endirilib

Suriyanın şərqində Deyr əz-Zor şəhərində Amerika qüvvələrinin yerləşdiyi hərbi bazaya raket zərbəsi endirilib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Deyr əz-Zordakı Ömər neft yatağında yerləşən "Yaşıl Kənd" adlı bazaya hücum edildiyini təsdiqləyib.

CENTCOM-un verdiyi yazılı açıqlamada hücumun harada baş verdiyi ilə bağlı məlumat verilməyib, hücumda ölən və yaralananların olmadığı qeyd edilib.

Qeyd edək ki, sözügedən baza ABŞ və Beynəlxalq Koalisiyanın Suriyadakı ən böyük bazası hesab olunur.

Xəbəri paylaş

VİDEOLAR