Bu barədə “Al Mayadeen” şahidlərə istinadən xəbər yayıb.
Az.rasthaber.com xəbər verir ki, ABŞ və Qərb koalisiyasının Suriyanın ət-Tənf şəhərindəki hərbi bazası raket atəşinə tutulub.
Bildirilib ki, bazanın yerləşdiyi rayondan bir neçə partlayış səsi gəlib.
Hərbçilər arasında itkilərin olması və dəyən maddi zərər barədə məlumat verilməyib.
Qeyd edək ki, sözügedən baza Suriya ərazisində qeyri-qanuni şəkildə fəaliyyət göstərir və Suriya, İraq və İordaniya sərhədlərinin qovuşduğu ərazidə yerləşir.
ABŞ ordusunun rəsmisi ət-Tənf bazasının hücuma məruz qalması faktını təsdiq edib. Onun məlumatına görə, hücum zamanı azı 5 PUA-dan da istifadə edilib.