"ABŞ-ın sanksiyaları Suriyadakı çətin humanitar vəziyyəti daha da gərginləşdirir"

Rusiya Müdafiə Nazirliyi cümə günü bildirib ki, ölkənin müdafiə naziri Sergey Şoyqu ABŞ ordusunun Suriyada karbohidrogenlərin qeyri-qanuni hasil edilən ərazilərinə nəzarəti ələ keçirdiyini açıqlayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Sergey Şoyqu bunu türkiyəli həmkarı Hulusi Akara deyib.

"ABŞ hərbçiləri heç bir məhdudiyyət tanımadan Suriyada karbohidrogenlərin qeyri-qanuni hasil edildiyi və artıq suveren dövlətin sərvətlərinin oğurlandığı əraziləri ələ keçirib", deyə Rusiya Müdafiə Nazirliyi Şoyqudan sitat gətirib.

“Rusiyalı nazir türkiyəli həmkarı ilə söhbətində ABŞ-ın Suriya Ərəb Respublikasının rəsmi hökumətinə tətbiq etdiyi birtərəfli sanksiyaların qanunsuzluğuna da toxunub”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Şoyqu həmçinin vurğulayıb ki, “bu məhdudiyyətlər ölkədəki çətin humanitar vəziyyəti daha da gərginləşdirir”.

Xəbəri paylaş

VİDEOLAR