ABŞ-ın Ərbildəki hərbi bazasına hücum olub

ABŞ-ın Ərbildəki hərbi bazasına hücum olub

İraqlı müqavimət qrupu, Ərbil şəhərindəki ABŞ hərbi bazasına döyüş pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən,"Liva Əl-Sairin" adlı müqavimət qrupu informasiya portalında bir bəyanat yayaraq, ABŞ-ın Ərbil şəhərindəki Əl-Hərir bazasına hücumun məsuliyyətini üzərinə götürüb.

"Liva Əl-Sairin" briqadasının bəyanatında "İraq Kürdistanındakı Ərbil şəhərindəki Əl-Hərir bazasını, qorxaq ABŞ işğalçılarının, casuslarının və muzdlularının sığındıqları yerləri hədəfə almaq üçün əməliyyat həyata keçiririk", -deyə qeyd olunub.

Məlumata əsasən, cümə (23 iyul) günü səhər saat 2-də döyüş PUA-sı ilə həyata keçirilən bu hücumda ABŞ hərbçilərinin təchizatlarına ziyan dəyib. 

İraqdakı Ərbil hava limanındakı ABŞ bazası bundan əvvəl dəfələrlə iraqlı müqavimət qrupları tərəfindən raket və PUA hücumlarının hədəfinə çevrilib.

Xəbəri paylaş

VİDEOLAR