Dünən axşam saatlarında Bağdadda ABŞ-ın logistika dəstək karvanı yol kənarına yerləşdirilən bombalarla hədəfə alınıb.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, İraq müqavimət qruplarına yaxınlığı ilə tanınan "Sabereen News" teleqram kanalının məlumatına görə, dünən axşam saatlarında ABŞ-ın İraqdakı logistika dəstək karvanı yol kənarına yerləşdirilən bombalarla hədəfə alınıb.
Qeyd edək ki, ötən günlərdə də, İraqın Zikar və Səlahəddin əyalətlərində ABŞ ordusunun logistika karvanına hücum edilib.