Ötən gün ABŞ-ın İraqdakı hərbi hava bazasına raket hücumu nəticəsində 5 Amerika əsgəri və 2 müqaviləli personalın yaralandığı bildirilib.
Az.rasthaber.com xəbər verir ki, adları açıqlanmayan ABŞ rəsmiləri Amerika mətbuatına açıqlama verərək, Ayn əl-Əsəd bazasına hücumla bağlı bəzi təfərrüatları paylaşıblar.
ABŞ rəsmiləri 2 raketlə edilən hücumda 5 Amerika əsgəri və 2 müqaviləli personalın yaralandığını, yaralılardan 5-nə dərhal bazada tibbi yardım göstərildiyini, yaralıların hamısının vəziyyətinin yaxşı olduğunu bildirib.
İraq rəhbərliyi dünən ölkənin qərbindəki Ənbar vilayətindəki Ayn əl-Əsəd bazasına 2 raketlə hücum edildiyini açıqlamışdı.
Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat brifinqində ABŞ-ın İraqdakı bazasına edilən hücumla bağlı qiymətləndirmə edib.
Sözçüsü Jean-Pierre deyib:
"ABŞ dünən Ayn əl-Əsəd bazasına edilən hücumu pisləyir. Qəlbimiz yaralanan əsgərlərimizlədir və onların hamısına tezliklə şəfa diləyirik. Əsgərlərimizə qarşı hər hansı hücuma cavab verəcəyik.”.