ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları beynəlxalq hüquqa ziddir

ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları beynəlxalq hüquqa ziddir

İranın neft naziri Cavad Ouci ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını beynəlxalq hüquq prinsip və normalarının pozuntusu adlandırıb.

Bu cür münasibət beynəlxalq sülh və təhlükəsizliyin, o cümlədəmn də iqlim dəyişikliyi, energetika sektoruna, xüsusən də təbii qaz sahəsinə investisiya və texnologiyaların ötürülməsi probleminin effektiv həllinin də təminatçısı ola bilməz”, - deyə o bildirib.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, son 2 ildə pandemiyaya görə dünya iqtisadiyyatı və nəticədə də qaz bazarına ciddi zərər dəyib, bunun fəsadları enerji istehsal və istehlakı ilə bağlı qlobal modelləri köklü şəkildə dəyişəcək.

Son iki ilin bütün çətinliklərinə baxmayaraq, qaz ixracatçısı olan ölkələr forumun nizamnaməsindəki prinsip və məqsədllərə sadiq qalaraq qaz bazarındakı problemlər və qeyri-sabitliklərin öhdəsindən gələ bildi”, - deyə Ouci əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR