ABŞ-ın hərbi gəmisi koronavirus səbəbi ilə səyahəti dayandırıb

ABŞ-ın hərbi gəmisi koronavirus səbəbi ilə səyahəti dayandırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Milwaukee” sahilyanı mühafizə-döyüş gəmisinin heyət üzləri arasında yayılan COVID-19 epidemiyası səbəbi ilə səyahəti dayandırılıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 4-cü Donanmasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “USS Milwaukee (LCS 5)” sahilyanı mühafizə-döyüş gəmisində heyət üzvlərindən bir neçəsində COVID-19 testinin cavabları müsbət çıxıb. Bu səbəbdən gəmi limanda lövbər salmalı olub.

Bütün ekipajın peyvənd edildiyi qeyd olunur. Yoluxanların sayı dəqiqləşdirilməyib, onlarda yüngül simptomlarıın olduğu bildirilib.

Qeyd edək ki, sözügedən gəmi Quantanamo və Kuba akvatoriyasında hərəkət edir.

Xəbəri paylaş

VİDEOLAR