ABŞ-ın hipersonik raket sınağı uğursuz olub

ABŞ-ın hipersonik raket sınağı uğursuz olub

ABŞ-ın Havayda hipersonik raket sınaq uçuşunun uğursuz olduğu açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi sınaq raketinin buraxılmasından sonra anormalllıq baş verdiyini qeyd edərək, bir neçə detal təqdim edib.

Uğursuz sınaq, Lockheed Martin-in Adi Sürətli Hücum (CPS) proqramının bir hissəsi idi ki, bu proqramda sualtı qayıqlar və suüstü gəmilər üçün Mach 5 və daha yuxarıda uça bilən silahlar hazırlanıb.

Qeyd edək ki, ABŞ hipersəs silahlarının hazırlanmasında Çin və Rusiya ilə ayaqlaşmaq üçün mübarizə aparır. Amerikanın müxtəlif proqramları çərçivəsində bir sıra uğurlu sınaqlar aparılıb, lakin ölkədə hələ ki, müasir sistem xidmətdə deyil.

Xəbəri paylaş

VİDEOLAR