1.07.2020 17:16:36
Cənubi Karolina ştatında F-16CM qırıcısı qəzaya uğrayıb.
ABŞ-ın Cənubi Karolina ştatında F-16CM qırıcısı qəzaya uğrayıb.
Rasthaber Azərbaycan Trend-ə istinadlı məlumatına görə, qəza Şou avibazasının ərazisində məşğələ uçuşu zamanı baş verib.
Hadisə nəticəsində təyyarənin pilotu həlak olub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.