ABŞ-ın Eyn əl-Əsəd bazasına PUA hücumu

ABŞ-ın Eyn əl-Əsəd bazasına PUA hücumu

ABŞ əsgərlərinin də yerləşdiyi İraqdakı Eyn əl-Əsəd bazasına PUA və raketlərlə hücum edildiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, İraqın təhlükəsizlik mənbəsi, cümə günü səhər saatlarında raket və pilotsuz təyyarələrin qərbdə - Ənbar əyalətindəki Eyn əl-Əsəd bazasına hücum etdiyini bildirib.
Mənbə bildirib ki, hücumun qarşısı bazada yerləşdirilən C-ROM müdafiə sistemi tərəfindən alınıb.
Pilotsuz təyyarələrdən biri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, digəri isə Eyn əl-Əsəd aviabazasının uçuş-enmə zolaqlarından birinin yaxınlığında yerə düşüb.
ABŞ ordusu İraqdakı hücumla bağlı hələlik heç bir məlumat verməyib.

Xəbəri paylaş

VİDEOLAR