ABŞ-da 12 ştatın Demokrat baş prokurorları prezident Donald Trampın bir sıra ölkələrə rüsumları artırmasının legitimliyinə etiraz edərək məhkəməyə müraciət ediblər.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu haqda “NBC News” məlumat yayıb.
Nyu-York, Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu-Meksiko, Oreqon və Vermont ştatları rüsumların ləğv edilməsini tələb edir.
"Prezident konstitusiya quruluşunu sarsıtdı və ABŞ iqtisadiyyatına xaos gətirdi", - iddiada deyilir.
Qeyd edək ki, bu ilin aprel ayının 2-də Tramp 185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb.