ABŞ İmam Rza ziyarətgahına bağlı təşkilata sanksiya tətbiq etdi

ABŞ İmam Rza ziyarətgahına bağlı təşkilata sanksiya tətbiq etdi

ABŞ Maliyyə nazirliyi yeni məlumat yayıb

ABŞ Maliyyə nazirliyi İranın bir neçə fiziki və hüquqi şəxsinə, o cümlədən İmam Rza (ə) ziyarətgahına bağlı “Astan Qüds Rəzəvi” və onun himayədarı Höccət əl-İslam Əhməd Mərvə qarşı sanksiyaların tətbiqi barədə məlumat yayıb.

Rasthaber Azərbaycan  İran mediasına istinadla xəbər verir ki, sanksiyalar həmçinin koronavirusa qarşı ilk İran peyvəndinin istehsalına cavabdeh olan “İmamın göstərişlərinin yerinə yetirilməsinin mənzil-qərargahı” təşkilatının sədri Məhəmməd Möhbirə də şamil edilib.

ABŞ-ın sanksiya siyahısına “Rəzəvi” iqtisadi təşkilatı, “Qüds Rəzəvi Mines” şirkəti, “Rəzəvi Oil and Gaz Development” şirkəti və bir sıra digər təşkilatlar düşüblər.

Xəbəri paylaş

VİDEOLAR