ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken yazılı açıqlamasında ciddi insan haqları pozuntularını sanksiya qərarına səbəb kimi göstərib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Cenevrə İnsan Hüquqları Şurasında İranın insan haqları pozuntuları ilə bağlı narahatlıqlarını səsləndirdiklərini ifadə edən Blinken ABŞ-ın insan haqları pozuntularında iştirak edən insanları məsuliyyətə cəlb etmək qərarında ciddi olduğunu bildirib.
Blinken bu barədə deyib: “Bu gün İran İnqilab Keşikçiləri korpusunun istintaq məmurlarından Əli Hemmetiyan və Məsud Səfdari 2019 və 2020-ci illərdə keçirilən etiraz aksiyaları zamanı həbs olunan şəxslərə və siyasi məhbuslara işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalandırma kimi insan haqları pozuntularında iştirak etdikləri səbəbiylə 2021-ci il Dövlət katibliyinin Xarici Əməliyyatlar və Əlaqəli Proqram Ayrılması Qanununun 7031 (c) bəndinə əsasən sanksiya siyahısına salınıb”.
Blinkenin sözlərinə görə, bu şəxslərin və birinci dərəcəli ailə üzvlərinin ABŞ-a girişi qadağandır.