“Daily Mail” polis tərəfindən boğularaq qətlə yetirilmiş Corc Floydun saxlanılma anının yeni görüntülərini yayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, polis zabitləri Tomas Leyn və Aleks Kuenqin üzərlərinə quraşdırılan kamera ilə edilmiş çəkilişdə görünür ki, polislərdən biru tapançası ilə avtomobilin içərisində əyləşmiş Floydun başını nişan alır. Floyd isə cavab olaraq ağlayıb ona atəş açılmamasını istəyir.
“Zabit, xahiş edirəm, mənə atəş açmayın. Xahiş edirəm, dostum”, – deyə Floyd deyir və daha sonra atəş açmama xahişini dəfələrlə təkrar edir.
Kadrlardan Floydun ağladığı, qışqırdığı və klaustrofobiyadan şikayətləndiyi görünür, o, həmçinin nəfəs ala bilmədiyini də deyib. Bununla belə polislər ona mərhəmət göstərməyiblər.
Xatırladaq ki, qaradərili Floydun polislər tərəfindən boğularaq öldürülməsindən sonra ABŞ şəhərlərində kütləvi etirazlar başlayıb.