Suriyanın rəsmi xəbər agentliyi dünən Amerikanın hərbi texnikasının Suriyadan çıxarılaraq Şimali İraqa köçürüldüyünü açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, sözügedən texnikaya 20 zirehli maşın daxildir ki, onlar həmişə olduğu kimi İraqın şimalına Həsəkə vilayətindəki qeyri-qanuni “əl-Valid” keçidindən daxil olublar.
Bu addım, bazar ertəsi ABŞ ordusunun oğurlanmış Suriya neftini daşıyan tanker karvanını Həsəkənin kənarındakı qeyri-qanuni bazasından Şimali İraqa köçürməsindən bir gün sonraya təsadüf edib.
Qeyd edək ki, ötən cümə axşamı Amerika işğalçı qüvvələri İraqa bu ölkənin neftini daşıyan 98 tanker və neft tankeri göndərib.