ABŞ hələ də Hindistanın S-400 almasından narahatdır

ABŞ hələ də Hindistanın S-400 almasından narahatdır

Pentaqonun sözçüsü bildirib ki, ABŞ-ın Hindistanın Rusiyadan S-400 sistemi almaq qərarı ilə bağlı narahatlığı səngiməyib.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Pentaqonun sözçüsü Con Kirbi mətbuat konfransında deyib ki, ABŞ Hindistanın Rusiyadan S-400 müdafiə sistemini almaq qərarından narahat olaraq qalır və bu narahatlığını Yeni Dehlidəki tərəfdaşlarına dəfələrlə bildirib:

"Düşünürəm ki, biz hindistanlı tərəfdaşlarımızla bununla bağlı narahatlığımızı çox aydın ifadə etmişik. Bununla bağlı deyəcək yeni heç nəyim yoxdur. Bu sistemlə (S-400) şübhəsiz ki, narahatlığımız var".

Bundan əvvəl Rusiyanın Texniki və Hərbi Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev ölkənin Hindistana S-400 müdafiə sistemlərini tədarük etməyə başladığını və prosesin plana uyğun davam etdiyini açıqlamışdı.

2018-ci ilin oktyabrında Hindistan bu sistemə sahib olmaq istəyən ölkələr qrupuna daxil olmaq üçün Rusiya ilə müqavilə imzalayıb, S-400 sistemi isə hazırda Çin və Türkiyədə fəaliyyət göstərir.

Xəbəri paylaş

VİDEOLAR