ABŞ Gürcüstana: İslahatları vicdanla həyata keçirməyə davam edin!

ABŞ Gürcüstana: İslahatları vicdanla həyata keçirməyə davam edin!

ABŞ Gürcüstana edilən hərbi yardım şərtlərini dəyişə bilər

Rasthaber Azərbaycan  “NewsGeorgia”-ya istinadən xəbər verir ki, gələn il, ABŞ tərəfindən Gürcüstana hərbi yardımın ayrılması rəsmi Tiflisin yerinə yetirəcəyi konkret öhdəliklər və demokratiyanın ümumi qiymətləndirilməsindən asılı ola bilər.

ABŞ-ın 2021-ci il üçün nəzərdə tutulan hərbi büdcəsi layihəsinə müvafiq dəyişiklikləri ABŞ senatının beynəlxalq əlaqələr komitəsinin başçısı Cim Riş hazırlayıb.

Sənəddə qeyd edilir ki, 1992-ci ildən etibarən ABŞ Gürcüstana 4,2 milyard dollar həcmində yardım edib. Buraya 732 milyon dollarlıq hərbi yardım da daxildir.

Cim Riş Gürcüstanla bağlı bu fikrini Tiflisdə 2019-cu il 20-21 iyunda baş verən və “Qavrilov gecəsi” kimi məşhur olan hadisələrlə və bir neçə müxalifət liderinin saxlanılması ilə bağlayır.

Cim Riş qeyd edir ki, 2020-ci il 8 martda ABŞ, Almaniya və Aİ səfirlərinin vasitəçiliyi ilə Gürcüstan rəhbərliyi və müxalifət arasında seçki sisteminin islahatına və məhkəmə sisteminin siyasi məqsədlər üçün istifadəsinin yolverilməzliyinə dair razılıq əldə edilib.

ABŞ rəsmisi bildirir ki, hələ də əldə edilən razılıqların bütün bəndləri yerinə yetirilməyib.

Rişin fikrincə, Gürcüstana hərbi yardımın şərtləri 8 bənddən ibarətdir. Bildirilir ki, “əgər Gürcüstan hökuməti” iqtisadiyyat, idarəçilik və korrupsiya ilə mübarizə sahələrindəki “islahatları vicdanla həyata keçirməyə davam edərsə”, ABŞ Gürcüstanla əməkdaşlığı davam etdirməyə hazırdır.

Hərbi yardımın edilməsi ATƏT-in seçki islahatları ilə bağlı məsləhətlərinin yerinə yetirilməsindən də asılı ola bilər. 2020-ci il 8 martda razılığa imza atmış tərəflər müvafiq dəyişiklikləri təmin etməlidirlər.

Qeyd edək ki, ABŞ-ın 2020-ci il üçün nəzərdə tutulmuş hərbi büdcəsində Gürcüstana edilən yardım 132 milyon dollardan artıqdır.

shafaqna

Xəbəri paylaş

VİDEOLAR