ABŞ gücləri İraqdan qovulacaq

ABŞ gücləri İraqdan qovulacaq

İraqın "Əl-Fəth" koalisiyasının sədri Hadi əl-Əmiri bildirib

Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, İraqın "Əl-Fəth" koalisiyasının sədri Hadi əl-Əmiri ABŞ ilə bağlı növbəti dəfə açıqlama verib.  

Hadi əl-Əmiri ABŞ-ın İraqdakı bütün siyasi və ictimai qarışıqlıqların səbəbkarı olduğunu vurğulayıb.  

O, açıqlamasında bildirib ki, gec-tez ABŞ hərbi qüvvələri İraqdan qovulacaqlar.

  "Biz xalqımıza verdiyimiz vədə əməl edəcəyik. ABŞ hərbi qüvvələrinin ölkədəki varlığına son qoyulacaq", - deyə Hadi əl-Əmiri diqqətə çatdırıb.

Xəbəri paylaş

VİDEOLAR