ABŞ sabiq Əfqanıstan hökumətinə aid dondurulmuş yeddi milyard dolların bir qisminin buraxılacağı barədə danışıqlara başlasa da bu müzakirələri dayandırıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ mənbələrinə istinadən xəbər verir.
Bildirilib ki, Əl-Qaidə lideri Əymən Zəvahirinin Kabildə aşkarlanması və öldürülməsindən sonra ABŞ Əfqanıstanın dondurulmuş pullarının bir qisminin qaytarılması ilə bağlı danışıqları dayandırıb.
Qeyd edilib ki, dondurulan yeddi milyard dollardan heç bir məbləğ Əfqanıstana verilməyəcək.
Xatırladaq ki, ABŞ hökuməti sözgedən məbləğin dörd milyardını 11 sentyabr hadisələrinin qurbanlarının yaxınlarına sərf edəcəyini bildirmiş, həmin zaman Taliban hökuməti, qonşu və dünya dövlətləri bu addımı oğurluq adlandırmışdılar.