ABŞ Əfqanıstan hökümətindən terrorçuları azad etməyi tələb edir

ABŞ Əfqanıstan hökümətindən terrorçuları azad etməyi tələb edir

ABŞ dövlət katibi Mayk Pompeo bu sözləri dilə gətirib

 Rasthaber Azərbaycan NTV-yə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo Ümuməfqanıstan Ağsaqqallar Şurasını Əfqanıstan-daxili danışıqlar üçün “Taliban” terror təşkilatının həbs edilən üzvlərini azad etməyə səsləyib.

“Anladığımız qədər, onlar öz siyahılarında qalan əsir taliblərin tezliklə azad edilməsinə dair qərar qəbul edəcəklər. Bu, Əfqanıstan-daxili danışıqların başlaması üçün son maneədir”, – deyə o bildirib.

O qeyd edib ki, Əfqanıstan-daxili münaqişənin həlli “ABŞ-ın bu ölkəyə edəcəyi gələcək köməyin ölçü və həcmindən” asılıdır.

Xəbəri paylaş

VİDEOLAR