ABŞ-ın Yəmənin paytaxtı Sənaya hücumu nəticəsində aralarında uşaqların da olduğu 8 nəfər şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, Əl-Masira xəbərinə görə, işğalçı ABŞ döyüş təyyarələri Sənanın Bəni əl-Haris bölgəsinin Sukban bölgəsində 3 evi hədəf alıb.
İlkin məlumata görə, hücumda aralarında qadın və uşaqların da olduğu 8 nəfər şəhid olub.
İşğalçı ABŞ-ın aprelin 26-da Beni əl-Haris bölgəsinə təşkil etdiyi hücumda 2-si uşaq olmaqla 8 mülki şəxs yaralanıb.