ABŞ dövlət katibi: İran və Suriya İsrailin təhlükəsizliyinə təhdiddir

ABŞ dövlət katibi: İran və Suriya İsrailin təhlükəsizliyinə təhdiddir

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken gündәmdәki aktual mövzuları qiymәtlәndirib.

Rasthaber Azərbaycan xəbər verir ki, CNN televiziya kanalına müsahibә verәn Entoni Blinken İsrailin Qolan yüksәkliklәrinә nәzarәt etmәsini dәstәklәdiklәrini deyib.

‘‘Bu problemin hüquqi ölçüsünü bir kәnara qoysaq Suriyada Bәşәr Әsәd hakimiyyәtdә olduğu vә  İranın Suriyada olduğu müddәt әrzindә Qolan yüksәkliklәri İsrailin tәhlükәsizliyi üçün çox әhәmiyyәtlidir. İran tәrәfindәn dәstәklәnәn silahlılar vә  Bәşәr Әsәd rejimi İsrailin tәhlükәsizliyi üçün  tәhdid tәşkil edir.  İsrailin Qolan yüksәkliklәrinә nәzarәt etmәsi әhәmiyyәtlidir’’,-deyә Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi vurğulayıb.
Entoni Blinken İsrailin Qolan üzәrindәki suverenliyinin tanınmasına dair qanunun başqa bir mövzu olduğunu deyib.
İsrail rәhbәrliyi isә ABŞ dövlәt katibi Entoni Blinkenin işğal altındakı Suriya torpağı olan Qolan yüksәkliklәri ilә bağlı verdiyi bәyanata münasibәt bildirәrәk  ‘‘Qolan yüksәkliklәri әbәdi olaraq İsrailin bir hissәsi olaraq qalacaq’’ deyә bildirib.

Xəbəri paylaş

VİDEOLAR