ABŞ-ın Müdafiə Nazirliyinin apardığı araşdırma avqustun sonunda Əfqanıstanın paytaxtı Kabildə 10 mülki şəxsin ölümü ilə nəticələnən hava hücumunda qanun pozuntusu aşkarlamayıb.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Hərbi Hava Qüvvələrinin baş müfəttişi general Sami Said bildirib.
O, "Müdafiə Nazirliyinin daha əvvəl etiraf etdiyi kimi, zərbə 3 kişi və 7 uşaq olmaqla 10 mülki şəxsin həyatına son qoyub" - deyərək bir addımın "özünümüdafiə məqsədilə" atıldığını qeyd edib. General təhqiqat zamanı müharibə qaydalarının hər hansı pozuntusunun aşkarlanmadığını deyib. Sami Said “zərbədə qeyri-dəqiqliklər”in, habelə “məlumatlandırmada səhvlər və dinc əhalinin ölümünə səbəb olan rabitənin kəsilməsi”nin olduğunu vurğulayıb.