ABŞ-dan Rusiyaya Türkiyə ilə bağlı tələb

ABŞ-dan Rusiyaya Türkiyə ilə bağlı tələb

ABŞ və Fransa Türkiyənin Qarabağ münaqişəsi ətrafındakı rolu ilə bağlı ətraflı məlumat gözləyir.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo və Fransa XİN başçısı Jan-İv Le Drianının görüşündən sonra ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi bildirib.

"Onlar (Pompeo və le Drian - red.) Dağlıq Qarabağ haqda ətraflı danışdılar. (ATƏT-in Minsk qrupunun) həmsədrləri kimi ortaq baxış bucağını bölüşüblər: biz əvvəlki kimi Minsk qrupu prosesinin həmsədləri kimi öz rolumuza sadiqik", - deyə o, qeyd edib və Rusiyanın atəşkəslə bağlı addımlarını müsbət qarşıladıqlarını deyib.

"Lakin biz həmçinin rusların sazişin parametrləri, o cümlədən də Türkiyənin rolu kimi aydınlaşdırmalı olduğu çoxlu sualların qaldığını da etiraf edirik", - deyə ABŞ rəsmisi əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR