ABŞ-dan Rusiyanın Beynəlxalq Kosmik Stansiya layihəsindən çıxmaq qərarına reaksiya

ABŞ-dan Rusiyanın Beynəlxalq Kosmik Stansiya layihəsindən çıxmaq qərarına reaksiya

ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın Beynəlxalq Kosmik Stansiya layihəsində iştirakını dayandırmaq qərarını “bədbəxt hadisə” kimi dəyərləndirib.

Az..rasthaber.com xəbər verir ki, Avropa, Yaponiya, Amerika və Rusiya arasında beynəlxalq əməkdaşlıq modeli olan Beynəlxalq Kosmik Stansiya 1998-ci ildə yaradılıb.

Rusiya stansiyanın orbitdə saxlanmasında əsas rol oynayır, lakin onun bəzi kosmik gəmiləri Ukrayna müharibəsinə görə Rusiyaya qarşı Qərbin yeni sanksiyalarından təsirlənib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: "Bu elan kosmik agentliklərimizin illər ərzində əldə etdiyi dəyərli peşəkar əməkdaşlığı, xüsusilə də kosmosda uçuşlara dair əməkdaşlıq haqqında sazişimizin yenilənməsini nəzərə alaraq "bədbəxt hadisə"dir. Rusiyanın bununla bağlı açıqlaması bizi təəccübləndirdi".

Rusiya Kosmik Agentliyi Roskosmos-un yeni təyin olunmuş rəhbəri Yuri Borisov ölkəsinin 2024-cü ildən sonra Beynəlxalq Kosmik Stansiyadan çıxacağını bildirib və qeyd edib ki, Moskva Qərblə yüksək gərginlik fonunda çoxtərəfli layihədən çıxaraq, öz orbit stansiyasını qurmağa başlayacaq.

Xəbəri paylaş

VİDEOLAR