Amerika Birləşmiş Ştatları (ABŞ) İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərindəki basqında mülki insan ölümləri və yaralanmalardan narahat olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays paytaxt Vaşinqtonda gündəlik mətbuat konfransında İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərinə təşkil etdiyi hücumu qiymətləndirərək deyib:
"İsrail və İordan çayının qərb sahilindəki zorakılıq hadisələrindən xeyli narahatıq. İsrail qüvvələrimim müdaxiləsində mülki vətəndaşların ölməsi və xəsarət almaları bizi ciddi mənada narahat edir. İordan çayının qərb sahilindəki təhlükəsizlik durumunu yaxşılaşdırmaq üçün tərəflər birgə təcili olaraq işləməlidirlər. İsraili fələstinli ailələrin evlərindən çıxarmaq, mənzilləri sökmək və qeyri-qanuni yaşayış məntəqələrini aradan qaldırmaq kimi gərginliyi artıran addımlarından çəkinməyə çağırırıq. İsraillilər və fələstinlilər əmin-amanlıq və təhlükəsizlik içində eyni dərəcədə yaşamağa layiqdirlər".
Səudiyyə Ərəbistanı, Qatar, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Əlcəzair, Oman və Misir də İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində 11 fələstinlinin ölümü və 100-dən çox fələstinlinin yaralanması ilə nəticələnən basqını qınayıb.