ABŞ-dan Haitiyə uçan sərnişin təyyarəsi eniş zamanı silahlı hücuma məruz qalıb

ABŞ-dan Haitiyə uçan sərnişin təyyarəsi eniş zamanı silahlı hücuma məruz qalıb

ABŞ-dan Haitiyə uçan sərnişin təyyarəsi eniş edərkən silahlı dəstələrin hücumuna məruz qalıb.

Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatından Haitinin paytaxtı Port-o-Prinsə sərnişin daşıyan sərnişin təyyarəsi eniş zamanı silahlı hücuma məruz qalıb.

Güllələrə tuş gələn Spirit Hava Yollarına məxsus 951 saylı təyyarə Dominikan Respublikasının Santyaqo hava limanına salamat eniş edib.

Spirit Hava Yolları sözçüsü verdiyi açıqlamada, Santyaqo hava limanına enən təyyarənin ilkin araşdırmalar nəticəsində güllələrdən dəyən kiçik ziyan səbəbilə xidmətdən çıxarıldığını və hadisə nəticəsində yalnız bir stüardessa yüngül xəsarət aldığını bildirib.

Dominikan Respublikasına enən sərnişinlərin yeni təyyarə ilə Fort Lauderdale-Hollywood Beynəlxalq Hava Limanına qaytarıldığını qeyd edən sözçü deyib: "Sərnişinlərimizin və uçuş bələdçilərinin təhlükəsizliyi bizim əsas prioritetimizdir və biz Port-au-Prince və Cap-Haitien-də xidmətimizi növbəti bildirişə qədər dayandırdıq.".

Hadisədən sonra Haitinin paytaxtı Toussaint Louverture Beynəlxalq Hava Limanında bütün kommersiya reysləri dayandırılıb, ABŞ-dakı bütün aviaşirkətlər isə Haitinin paytaxtı Port-au-Prinsə uçuşları dayandırıb.

Xəbəri paylaş

VİDEOLAR