Bu yaxınlarda sorğu mərkəzləri ABŞ-ın idarəedici qurumlarına ictimai inamın görünməmiş şəkildə azalması ilə bağlı statistik məlumatlar dərc edib.
Az.rasthaber.com "Parstoday"a istinadən xəbər verir ki, nüfuzlu sorğu institutları tərəfindən bu yaxınlarda dərc edilən sorğunun nəticələri, ABŞ-ın hegemonluğunun tənəzzülünü və xalqın hökumət qurumlarına etimadının azalmasını kifayət qədər ardıcıl şəkildə göstərir.
Gallup sorğusunun nəticələri göstərir ki, amerikalıların yalnız 27 faizi orta hesabla ABŞ-ın əsas 14 qurumuna yüksək etimad göstərir.
Bu rəqəm 2021-ci illə müqayisədə 5 faiz azalma deməkdir. Bununla yanaşı 1979-cu ildən bəri ABŞ-ın üç hökumət səlahiyyətlərinə ictimai etimadın ən aşağı rekordu qeydə alınıb.
Bu sorğunun nəticələrinə görə, 2021-ci ildən bəri prezidentə etimad 38 faizdən 15 faizə, Ali məhkəməyə etimad isə son illərin ən aşağı səviyyəsinə - 25 faizə düşüb.
Gallup sorğusu bu düşüncə ölçmə institutunun 1993-cü ildən bəri ABŞ-ın 14 əsas müəssisəsində keçirdiyi illik monitorinqin bir hissəsidir.