ABŞ-da Ukraynaya silah tədarükü ilə bağlı ciddi problemlər yaranıb

ABŞ-da Ukraynaya silah tədarükü ilə bağlı ciddi problemlər yaranıb

ABŞ-da Ukraynaya silah tədarükü ilə bağlı ciddi problemlər yaranıb.

Az.rasthaber.com xəbər verir ki, "Newsmax"a ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol deyib ki, ABŞ-ın müdafiə təyinatlı məhsulların istehsalı standartlarına cavab verməsində ciddi problemlər var, lakin hakimiyyət dairələri bunu böyük səylə gizlədirlər. 

Konqresmen bildirib: "Məncə, hərbi sənaye bazamızın məhv edilməsi Vaşinqtonda bir növ sirdir. Sistem pozulub. Biz kifayət qədər sürətlə silah istehsal edə bilmirik".

O qeyd edib ki, ABŞ-ın hərbi potensialının azalması və xaricdəki müttəfiqlərinin müdafiəsi ilə bağlı problemlər səbəbindən daxili problemlər də yaranıb.

Makkol onu da qeyd edib ki, bu ölkə 3 ildir Tayvana silah tədarük etmir. Ukraynaya münasibətdə də bu vəziyyət müşahidə olunur: yeni "HIMARS" artilleriya raket sistemləri yalnız bir neçə ildən sonra Kiyevə verilə bilər.

"Silah satışı məsələsi, yəqin ki, hazırda milli təhlükəsizliyimiz üçün ən böyük təhdiddir", - deyə konqresmen əlavə edib.

Rusiyanın hərbi əməliyyatı fonunda ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silah tədarükünü davam etdirir. Moskva dəfələrlə bildirib ki, Qərbin hərbi tədarükü yalnız münaqişəni uzadır.

Xəbəri paylaş

VİDEOLAR