ABŞ-da tornado: Ölənlər var

ABŞ-da tornado: Ölənlər var

ABŞ-ın Nebraska, Ayova və Minnesota ştatlarını cənginə alan tornado qasırğası beş nəfərin həyatına son qoyub.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, rəsmi qurumların verdiyi məlumata əsasən, hazırda 35 milyon amerikalı təbii fəlakət zonasındadır.

Dağıdıcı qasırğa saatda 130 kilometr sürətlə ölkənin şimal-şərqinə doğru irəliləyir.

Qasırğa avtomobilləri aşırır, evlərin damlarını qoparır, ağacları yıxır.

300 mindən çox insan iş yerlərinə çıxa bilməyib. Hava limanları fəaliyyətini dayandırmalı olub.

Xəbəri paylaş

VİDEOLAR