ABŞ-ın Kolorado ştatının Boulder şəhərində yerləşən supermarketdə baş verən atışma nəticəsində hәyatını itirәnlәrin sayı 10 nəfərә çatıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barәdә Boulder şəhər polis idarəsi tərəfindən verilәn bәyanatda bildirilib.
Tәcavüzkarın hadisә yerinә gәlәn polislәrә atәş açması nәticәsindә bir polis әmәkdaşı hәyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edәk ki, xәsarәt alan tәcavüzkar saxlanılıb.
Ağ Evin sözçüsü Cen Psaki ABŞ prezidenti Co Baydenin hadisə ilə əlaqədar məlumatlandırıldığını söyləyib.