ABŞ-da qeyri-mənəvi hadisə: Meyit şou ilə yarıldı

ABŞ-da qeyri-mənəvi hadisə: Meyit şou ilə yarıldı

ABŞ-ın Luiziana ştatı sakini, İkinci Dünya müharibəsi veteranı, 98 yaşında koronavirusdan vəfat etmiş Devid Sonders cəsədinin elmi məqsədlər üçün istifadə olunmasını vəsiyyət edib.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, onun cansız bədəni “Ölüm haqqında elm” şousu zamanı tamaşaçıların gözü qarşısında yarılıb.

Şou oktyabrın 17-də Portlenddəki hotellərdən birinin zalında təşkil olunub.

Prosesi müşahidə etmək üçün izləyicilər qiyməti 500 dollaradək olan biletləri əldə ediblər. Onlardan biri şou zamanı gizli çəkdiyi görüntüləri yayıb və bununla da baş verənlər üzə çıxıb.

Görüntülər ciddi qalmaqala səbəb olub. Mərhumun həyat yoldaşı ərinin cəsədindən “bir tikə ət kimi” şou məqsədilə istifadə edildiyinə görə hiddətlənib. O, təşkilatçıları məhkəməyə verməklə hədələyib.

Xəbəri paylaş

VİDEOLAR