ABŞ-da qalmaqal: Konqresmen peyvənd vurulduqdan sonra koronavirusa yoluxub

ABŞ-da qalmaqal: Konqresmen peyvənd vurulduqdan sonra koronavirusa yoluxub

Texas ştatından olan amerikalı konqresmen Kevin Breydinin koronavirusa qarşı peyvənd olunduqdan bir müddət sonra verdiyi COVID-19 testinin cavabı müsbət çıxıb

Rasthaber Azərbaycan lenta.ru-ya istinadla verdiyi xəbərə görə, o, bu barədə sosial şəbəkə hesabında məlumat yerləşdirib.

ABŞ Konqres üzvü bildirib ki, tövsiyələrə uyğun olaraq “BioNTech” şirkətinin istehsalı olan preparatla peyvənd olub. İlk doza dekabrın 18-də vurulub və bu ilin əvvəlində götürülən test mənfi nəticə verib. Lakin sonradan Breydi COVID-19-a yoluxub.

Xəbəri paylaş

VİDEOLAR