ABŞ-da ikinci qaradərilinin güllələnməsinə etirazlar davam edir: Milli Qvardiya cəlb edildi

ABŞ-da ikinci qaradərilinin güllələnməsinə etirazlar davam edir: Milli Qvardiya cəlb edildi

Viskonsin qubernatoru Toni Evers sakitliyi qorumağa kömək etmək üçün Milli Qvardiyanı çağırıb.

ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində nümayişçilər bazar günü polis tərəfindən qaradərili şəxsin güllələnməsinə etiraz etmək üçün ardıcıl olaraq ikinci gecədir küçələrə axışıb. Polis etirazları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Rasthaber  Voa-ya istinadən xəbər verir ki, gün batandan çıxana kimi komendant saatının tətbiq olunmasına baxmayaraq, etirazçılar bazar günü gecə saatlarında Ceykob Bleykin polis tərəfindən vurulduğu görüntülənən yerdən bir neçə küçə aralıda yerləşən mahalın məhkəmə binasının qarşısındakı xüsusi-geyimli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşayıblar. Polis bazar ertəsi axşam saat 8.00-da komendant saatı qüvvəyə minəndən qısa müddət sonra etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Viskonsin qubernatoru Toni Evers sakitliyi qorumağa kömək etmək üçün Milli Qvardiyanı çağırıb.

İnternetdə yayımlanan videoda Bleykin öz avtomobilinə tərəf getdiyi və iki polisin hazır vəziyyətdəki silahlarla onu təqib etdiyi görünür. Avtomobilə sürücü tərəfdən yaxınlaşan Bleyk arxadan vurulub. Videoda ən azı yeddi güllə səsi eşidilir. Ailənin vəkili həmin vaxt Bleykin uşaqlarının maşının içində olduğunu deyib.

Bleyk güllə yaralarından sonra sağ qalıb və bazar günü əməliyyat keçirildikdən sonra onun vəziyyəti stabildir.

Xəbəri paylaş

VİDEOLAR