ABŞ-da həyəcan təbili: Kütləvi ölümlər ola bilər

ABŞ-da həyəcan təbili: Kütləvi ölümlər ola bilər

Xatırladaq ki, ABŞ 3 ştatda 100-ə yaxın böyük yanğının başladığını elan edib.

Rasthaber Azərbaycan  “The Washington Post”-a istinadən xəbər verir ki, ABŞ-ın Oreqon ştatının Fövqəladə Vəziyyət İdarəsinin rəhbəri Endryu Felps regiondakı təbii yanğınların kütləvi insan ölümünə səbəb olma ehtimalı barədə bəyan edib.

“Biz bilirik ki, yanğınların səbəb olduğu ölümlərlə üz-üzəyik və əldə olan məlumat və məhv olan tikililərin sayını nəzərə almaqla, insanların kütləvi ölümü hallarına hazırlaşırıq”, – deyə o qeyd edib.

Bununla yanaşı, o, indiyədək təbii yanğınlar zamanı ölən insanların sayı barədə məlumat verməyib.

Xatırladaq ki, ABŞ 3 ştatda 100-ə yaxın böyük yanğının başladığını elan edib.

Xəbəri paylaş

VİDEOLAR