ABŞ-da hakimiyyətin rəsmi keçidi prosesi başlayır

ABŞ-da hakimiyyətin rəsmi keçidi prosesi başlayır

ABŞ Müdafiə Nazirliyi də hakimiyyətin Co Baydenə verilməsi proseduruna başlanılması barədə məlumat aldığını açıqlayıb.

Birləşmiş Ştatların Ümumi Xidmətlər İdarəsi GSA (The General Services Administration) yeni prezident seçilmiş Co Baydenin noyabrın 3-də keçirilmiş seçkilərin "açıq qalibi" olduğunu müəyyən edib. Seçkilərdə məğlub olduğunu qəbul etməkdən imtina edən prezident Donald Tramp bazar ertəsi günü öz komandasına keçid dövründə əməkdaşlıq etməyi tapşırdığını bildirib, lakin mübarizəni davam etdirəcəyinə söz verib.

Rasthaber VOA-ya istinadən xəbər verir ki, bu addım Tramp administrasiyasının keçidi üçün zəmin hazırlayır və Baydenin yanvarın 20-də hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq planları federal qurumlarla koordinasiya etməsinə imkan yaradır.

GSA administratoru Emili Mörfi bu qərarı Trampın mühüm ştatlarda səsvermənin nəticələrini ləğv etmək cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra verib.

"Mən qərarımı qanunlara və mövcud faktlara əsaslanaraq müstəqil şəkildə vermişəm. Mənə Ağ Evdə və ya GSA-da işləyənlər də daxil olmaqla icraedici orqanların heç bir rəsmisi tərəfindən qərarımın mahiyyəti və ya vaxtı baxımından birbaşa və ya dolayısı ilə təzyiq göstərilməyib" - deyə, Emili Mörfi Baydenə yazdığı məktubda bildirib.

ABŞ Müdafiə Nazirliyi də hakimiyyətin Co Baydenə verilməsi proseduruna başlanılması barədə məlumat aldığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR