ABŞ-da etirazlar; Tramp əlində İncil xalqa müraciət etdi

ABŞ-da etirazlar; Tramp əlində İncil xalqa müraciət etdi

Esper nümayişçilərə qarşı aktiv hərbi qüvvələrdən istifadə edilməsini dəstəkləmədiyini bildirib.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Amerikanın bir sıra şəhərlərində etirazlar davam etdiyi vaxt prezident Tramp bu həftənin əvvəli Amerika xalqına müraciət edərək, etirazları yatırmaq üçün hərbi qüvvələri səfərbər edəcəyi ilə bağlı xəbərdarlıq edib. ABŞ-ın müdafiə naziri Mark Esper nümayişçilərə qarşı aktiv hərbi qüvvələrdən istifadə edilməsini dəstəkləmədiyini bildirib.

Dinc nümayişçilər bazar ertəsi axşam Ağ Evin qarşısında etirazları davam etdirdiyi zaman prezident Donald Tramp gözlənilməz bəyanat verdi. O, zorakı nümayişçilər tərəfindən "ölkədaxili terror aktları" törədildiyini elan etdi və onun sözlərilə ölkəni bürümüş "iğtişaşlar və qanunsuzluqlara" son qoymağa söz verdi.

Prezident Donald Tramp: "Bu gün mən hər bir qubernatora küçələrdə üstünlüyü təmin etmək Milli Qvardiyanın kifayət qədər üzvünü yerləşdirməyi tövsiyə etmişəm. Merlər və qubernatorlar zorakılığın qarşısı alınana qədər hüquq-mühafizə orqanlarının çox saylı üzvlərini təmin etməlidir. Əgər şəhər və ştat öz sakinlərinin həyatı və əmlakını qorumaq üçün lazımi tədbirləri görməkdən imtina edərsə, o zaman mən Birləşmiş Ştatların hərbi qüvvələrini yerləşdirəcəm və onlar üçün problemi tez zamanda həll edəcəm."

Prezident danışdıqca təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtdığı parkın yaxınlığında gözyaşardıcı qazdan istifadə etdiyi səsləri eşidilirdi.

Lakin prezident Tramp Ağ Evin sözçüsünün bildirdiyi kimi nəzərdən keçirdiyi Üsyan Aktından istifadə etmədi. 1807-ci ilə aid qanuna görə prezidentə qubernator tərəfindən müraciət olmadan aktiv hərbi qüvvələr yerləşdirmək səlahiyyəti verilir.

ABŞ prezidenti Corc Floydun ölümünə reaksiya olaraq ölkə boyu əsasən dinc, lakin bəzi hallarda talan və zorakılıqla müşayiət olunmuş nümayişlərin günlərlə davam etməsindən sonra xalqa müraciət etmək üçün təzyiqlə qarşılaşmışdı.

Afroamerikalı Floyd ağ polis işçisinin dizini onun boynunda səkkiz dəqiqə saxladıqdan sonra ölüb. Tramp açıqlamalarında Floydun işində ədalətin təmin olunacağıı deyi, lakin o, nümayişçilərin etiraz etdiyi irqi bərabərsizlik və polis zorakılığı kimi məsələləri ünvanlamayıb.

Demokrat partiyasindan prezidentliyə nominasiya alacaği gözlənilən Co Bayden də daxil olmaqla, tənqidçiləri Trampi irqi ayrılıqlara təhrik etməkdə ittiham ediblər. Bayden dogma Delaver ştatına afroamerikalıların dini liderləri ilə görüşüb.

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden: “Nifrət gizlənir, o heç bir yerə getmir. Və hakimiyyətdə daşlar altında nifrətə oksigen verən biri varsa, o, daşlar altından çıxır. Prezidentin nə dediyinin əhəmiyyəti var.”

Tramp açıqlama verdikdən sonra Ağ Evin yaxınlığında ətrafı bundan öncə gözyaşardıcı qazla etirazçılardan təmizlənən Sent Con kilsəsinə gedib. Tarixi kilsə zirzəmisində bundan əvvəl gecə yanğın törədiləndən sonra zərərə məruz qalıb.

ABŞ prezidenti Donald Tramp: “Bizim gözəl ölkəmiz var.”

Tramp kilsəyə daxil olmayıb, lakin əlində İncil onun qarşısında dayanıb. Prezidentlərin ritorikası üzrə tədqiqatçı Cennifer Mersieka Trampın öz tərəfdarlarına bununla güc mesajı vermək istədiyini deyib.

“Televiziya kameralarının onu qraffitilərin önündən keçməsini göstərməsi təsadüfi deyil. Mən hesab edirəm ki, onun üçün əlində İncillə görünməsi həqiqəqən də mühüm idi. Və fikrimcə, o bununla bu anın görüntüsünü, yəni kilsənin qabağında etirazçılar qarşısında əyilməyən Birləşmiş Ştatlar prezidenti obrazı kimi çatdırmaq istədiyinin bir hissəsi idi.”

Trampın ziyarətindən sonra Vaşinqtonun Yepiskopu Mariann Badde prezidentin ziyarəti və ərazinin onun gəlişi üçün bu şəkildə təmin edilməsi ilə bağlı qəzəbini ifadə edib. Badde prezidenti zorakılığı təşviq etməkdə və kilsə ənənəsinin ən müqəddəs simvollarından birindən istifadə etməkdə ittiham edib.

Xəbəri paylaş

VİDEOLAR