ABŞ-da bir şəhədə qaradərililərə təzminat ödənəcək

ABŞ-da bir şəhədə qaradərililərə təzminat ödənəcək

Təzminatlar afroamerikalıların bərabərsizliklə üzləşdiyi sahələrin müasirləşməsinə yatırım halında ödəniləcək.

Rasthaber Azərbaycan shafaqna.com-a istinadən xəbər verir ki, Şimali Karolina ştatı Eşvil şəhər şurası quldarlıq dövrünə görə qaradərili əhaliyə təzminatın ödənməsinə dair yekdilliklə qərar qəbul edib.

Şuranın 7 üzvü qətnamənin lehinə səs verib, əleyhinə səs verən isə olmayıb. Bununla belə, qətnamə afroamerikalılara birbaşa pul ödənişlərinin edilməsini nəzərdə tutmur.

Təzminatlar afroamerikalıların bərabərsizliklə üzləşdiyi sahələrin müasirləşməsinə yatırım halında ödəniləcək.

Qətnaməyə “ictimaiyyətin qaradərili əhalisinə çatmalı olan təzminat probleminin həllinə imkan yaradacaq siyasət və proqramların formalaşmasına” dair çağırış daxildir.

Xatırladaq ki, afroamerikalı Corc Floydun polis tərəfindən boğularaq öldürülməsindən sonra ABŞ-da irqçilik əleyhinə etirazlar başlayıb.

Xəbəri paylaş

VİDEOLAR