ABŞ-da 55 il əvvəl oğurlanmış körpə tapılıb
ABŞ-ın Miçiqan ştatında 55 il əvvəl oğurlanmış körpə tapılıb.
Rasthaber Azərbaycan "Trend"ə istinadən verdiyi xəbərə görə, 1964-cü ilin aprelində Çikaqo şəhərində Dora Fronçak adlı qadının oğlu dünyaya gəlib.
Növbəti gün tibb bacısı geyimində olan qadın uşağı həkimə göstərmək adı ilə götürərək uzaqlaşıb. Həmin dövrdə böyük əks-səda doğurmuş hadisə ilə əlaqədar axtarışlara polis, Federal Təhqiqat Bürosunun agentləri və hətta poçtalyonlar qatılıb.
İki il sonra D.Fronçakın oğluna bənzər uşaq tapılsa da, 2014-cü DNT analizləri onun həmin uşaq olmadığını müəyyənləşdirib.